Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Hiroşimadakı “Atom evi” zəlzələyə qarşı təmir olunur

Hiroşimadakı “Atom evi” zəlzələyə qarşı təmir olunur

Date: 14 December 2015 09:58


Tokio, 14 dekabr, AZƏRTAC
Kyodo agentliyi xəbər verir ki, 1945-ci ilin avqustunda ABŞ təyyarəsi tərəfindən atom hücumuna məruz qalmış Hiroşima şəhərindəki “Atom evi”ni zəlzələyə qarşı möhkəmləndirmək məqsədilə təmir işlərinə başlanılıb.
Təmir işləri zamanı “Atom evi” ilə yanaşı, bu tarixi abidənin yerləşdiyi Sülh xatirə parkının bir hissəsində də seysmik möhkəmləndirmə işləri aparılacaq.
UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş abidədə təmir işlərinin 2016-cı ilin martınadək başa çatdırılması nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Hiroşimadakı Atom evi zəlzələyə qarşı təmir olunur


RƏYLƏR


Top news