Mehman “Türkvizyon”da millət vəkilinin mahnısın oxuyacaq - audio

Mehman “Türkvizyon”da millət vəkilinin mahnısın oxuyacaq -  audio
10:01 14 Dekabr 2015
43 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 19-da Türkiyədə baş tutacaq “Türkvizyon” mahnı yarışmasında ölkəmizi Mehman Tağıyev təmsil edəcək.

Axşam.az-ın məlumatına görə, gənc ifaçı artıq İstanbula yola düşüb.

Mehman müsabiqədə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artist Elza Seyidcahana aid olan “İstanbul” mahnısını səsləndirəcək.

Müsabiqədə Azərbaycan tərəfdən münsif kürsüsündə bəstəkar İsa Məlik əyləşəcək.

Qeyd edək ki, M.Tağıyev “Azərbaycanın səsi” yarışmasının qalibi olub. O, E.Seyidcahanın tələbəsi idi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR