Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi: Ermənilərin bir gün Azərbaycana məxsus uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını unutmamalıyıq

Müdafiə Nazirliyi: Ermənilərin bir gün Azərbaycana məxsus uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını unutmamalıyıq

Date: 14 December 2015 10:08

Bak. Trend:

“Guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə erməni KİV-lərinin yaydığı xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq".

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən erməni elektron KİV-lərinin növbəti dəfə yeni uydurma ilə çıxış edərək guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yaydığı xəbərə münasibət bildirilərkən deyilib: "Əslində, erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meyilli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar. Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətləri nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə planauyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Müdafiə Nazirliyi Ermənilərin gün Azərbaycana məxsus uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını unutmamalıyıq


RƏYLƏR


Top news