MN:Ermənilər Azərbaycanın uçan tankını da vurub....

MN:Ermənilər Azərbaycanın uçan tankını da vurub....
10:11 14 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq". Müdafiə Nazirliyndən ANS PRESS-in sorğusuna verilən cavabda belə deyilir.

Nazirliyin məlumatında qeyd edilir ki, erməni elektron kütləvi informasiya vasitələri növbəti dəfə yeni uydurma ilə çıxış edərək guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yayıblar.

"Bu xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Əslində erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meyilli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar.

Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətlərini nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə planauyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR