Futzal üzrə Azərbaycan millisi qrup lideri kimi dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazanıb

10:13 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Xorvatiyada təşkil olunan futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində Xorvatiya millisi ilə qarşılaşan komandamız oyundan 4:4 hesablı heç-heçə ilə ayrılıb. Millimizin heyətində Vitali Borisov dubl edib. Hərəyə 1 dəfə Amadeu Fernandes da Silva və Sergey Çuykov fərqlənb.
Millimiz seçmə mərhələdə İsveç yığmasını 8:2, Belarus futzalçılarını isə 7:2 hesabı ilə məğlub etmişdi. Keçirdiyi üç görüşün nəticəsinə görə, 7 xalla qrup lideri olan Azərbaycan millisi dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazanıb. Qrupda ikinci pillədə olan Belarus millisi də növbəti mərhələyə vəsiqəni təmin edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisi_qrup_lideri_kimi_dunya_chempionatinin_novbeti_merhelesine_vesiqe_qazanib-910943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR