Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kompüter insan kimi düşünə və öyrənə biləcək

Kompüter insan kimi düşünə və öyrənə biləcək

Date: 14 December 2015 10:16

Massaçusets Texnologiya İnstitutunda işləyən alimlər tərəfindən hazırlanmış alqoritm əsasında kompüterlər yeni anlayışlar haqda öyrənə və sadə vizual obrazları tanıya bilir. Yaxın vaxtlaradək kompüterə nə isə öyrətmək üçün böyük məlumat massivlərindən istifadə etmək lazım gəlirdi.
 
«ICTnews» elektron xəbər xidməti «hitech.vesti.ru» resursuna istinadən yazır ki, adıçəkilən institutun professoru Coşua Tenenbaum deyib ki, eyni məqsədlə insan üçün çox az informasiya lazımdır. Məsələn, kompüterə «tanımadığı» hadisələri öyrətmək üçün yüzlərlə, hətta minlərlə nümunə göstərmək tələb olunur, halbuki insan üçün bir nümunə kifayətdir.
 
Alimlərin sözlərinə görə, əldə edilmiş uğur kompüter təlimi, statistika  və koqnitiv elm sahələrində tətbiq olunacaq.

Emil Hüseynov



Tags:  Kompüter insan düşünə öyrənə biləcək


RƏYLƏR


Top news