7 minə yaxın müəllim imtahan verdi

7 minə yaxın müəllim imtahan verdi
10:19 14 Dekabr 2015
193 Sosial
Ölkə mətbuatı
A- A+

9-13 dekabr tarixlərində Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 6500-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 98,4 faizi iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb.

Müəllimlər Təhsil Nazirliyinin rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, 16-20 dekabr tarixlərində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda 9000-ə yaxın müəllimin iştirakı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR