Anasını qorumağa çalışan oğulu dayısı öldürdü

Anasını qorumağa çalışan oğulu dayısı öldürdü
10:27 14 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda dayısı bacısı oğlunu qətlə yetirib.

Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, dekabrın 14-ə keçən gecə saat 01:00 radələrində 1994-cü il təvəllüdlü Lökbatan qəsəbə sakini Zaur Novruzov dayısı Vahid Novruzov tərəfindən bıçaqlanıb. Zaur xəstəxanaya aparılarkən yolda ölüb.

Qətl hadisəsinə səbəb Zaurun anası, 1974-cü il təvəllüdlü Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında baş vermiş mübahisə olub. Zaur Novruzov bunları aralayan zaman dayısı tərəfindən bud nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR