Pekin çirkli qatı dumanın altında qalıb

Pekin çirkli qatı dumanın altında qalıb
10:27 14 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

14 dekabr. Bakı. REPORT.AZ / Çinin paytaxtı Pekini qatı smoq bürüyüb. "Report" TASS-a istinadən xəbər verir ki, havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsi prosesi olan smoq nəticəsində havada sağlamlıq üçün təhlükəli olan hissəciklər normadan 20 dəfə artıqdır.
Pekin Ekoloji Monitorinq Mərkəzinin məlumatına görə, çirkli qatı duman paytaxt küçələrində görməni pisləşdirib, bəzi yerlərdə isə görünüş məsafəsi cəmi 500 m təşkil edir. Rəsmilər şəhər sakinlərinə zərurət olmadan çölə çıxmamağı, açıq havada tənəffüs orqanlarının qorunması üçün xüsusi maskalardan istifadə etməyi tövsiyə edib.
Çində çirkli qatı duman əsas mənbələri avtomobillərin buraxdığı qaz və kömürlə işləyən istilik-elektrik stansiyalarının tullantılarıdır.
Xatırladaq ki, Pekin rəhbərliyi dekabrda güclü smoq təhlükəsinə görə ən yüksək ekoloji həyəcan siqnalı olan - "qırmızı" səviyyəni tətbiq etməyə başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pekin-cirkli-qati-dumanin-altinda-qalib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR