Millimiz Rusiya, İspaniya və İtaliyadan qaçdı

Millimiz Rusiya, İspaniya və İtaliyadan qaçdı
10:32 14 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı ilin sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək futzal üzrə sayca 8-ci dünya çempionatına Avropa zonasından çıxmaq istəyən 14 komandanın tam siyahısına aydınlıq gəlib.

Fanat.az xəbər verir ki, əsas seçmə mərhələdə bütün qrup oyunlarına yekun vurulub və hər qrupdan ilk 2 komanda "pley-off"a vəsiqə qazanıb.

Artıq "pley-off" mərhələsində qarşılaşmaq üçün səbətlərin tərkibi bəllidi. Qrup mərhələsini lider kimi tamamlayanlar I səbətdə, qrupu II yerdə bitirənlər isə digər səbətdə yer alıb. Bununla da millimiz ilk dəfə dünya çempionatına çıxmaq üçün gözəl fürsət əldə edib. Belə ki, komandamız Avropanın ən güclülərindən sayılan Rusiya, İspaniya, Portuqaliya və İtaliya kimi komandalarla eyni səbətdə olduqlarından, onlarla qarşılaşmayacaq.

Yığmamız II səbətdən yalnız Belarusla qarşılaşa bilməz. Bu da hər 2 komandanın əsas seçmə mərhələdə bir qrupda mübarizə aparmaları ilə bağlıdı. Beləliklə, Tino Peresin yetirmələri Macarıstan, Serbiya, Hollandiya, Sloveniya, Polşa və ya Slovakiyadan biri ilə düşəcək. Bunlardan ən münasib rəqib hollandlar sayılır. Komandamız Slovakiya ilə düşsə, tarix təkrarlanacaq. Belə ki, yığmamız Avropa çempionatının pley-off mərhələsində də bu komanda ilə qarşılaşmış və mərhələ keçmişdi. 

I səbət: Ukrayna, AZƏRBAYCAN, Rusiya, İspaniya, Qazaxıstan, Portuqaliya, İtaliya

II səbət: Macarıstan, Belarus, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya

Qeyd edək ki, püşkatma fevralın 12-də Avropa çempionatının keçiriləcəyi Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Pley-off oyunları isə martın 22-si və aprelin 12-də keçiriləcək. İlk oyunlar II səbətdə olan komandaların ölkəsində olacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-rusiya-spaniya-v-taliyadan-qacd-t46122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR