Mübariz Əhmədoğlu: Hakimiyyətin varisliyi, RF-ə legitim “yox”, Qarabağ mövzusunda qeyri- müəyyənlik konstitusiya islahatlarının əsas məqsədidir

Mübariz Əhmədoğlu: Hakimiyyətin varisliyi, RF-ə legitim “yox”, Qarabağ mövzusunda qeyri- müəyyənlik konstitusiya islahatlarının əsas məqsədidir
10:33 14 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

"Wikipedia" Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edib (09 May 2017 20:56)
Qarabağ savaşında Türkiyənin Azərbaycana yardım etməməsinin SİRRİ AÇILDI - ŞOK SƏBƏB (17 Aprel 2017 12:28)
"Qeyri-müəyyənlik və maaşlarımızın verilməməsi..." - YENİLGİ ŞƏRHİ (16 Aprel 2017 21:27)

Bakı. Trend:

Ermənistanda S.Sərkisyanın şəxsi maraqlarına xidmət edən konstitusiya islahatları uzun müddət Ermənistan cəmiyyətində və regionda müzakirə obyekti olacaqdır. S.Sərkisyanın konstitusiya islahatlarına gedərkən B.İvanişvilidən ilham alması barədə fikirlər geniş yayılır. Çünki o, asan və bəsit sloqandır.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ermənilər əvvəlcə “Çiçəklənən Ermənistan” partiyasının lideri Q.Çarukyanı Ermənistanın B.İvanişvilisi hesab edirdilər: "Görünür, S.Sərkisyan Ermənistan cəmiyyətində B.İvanişvili obrazına ehtiyacın olduğunu vaxtında hiss edib və bu ehtiyacı öz marağına çevirdi. B.İvanişvilinin xarakterik əlamətlərindən biri Gürcüstanın işğal olunmuş əraziləri mövzusunu arxa plana keçirməsidir. S.Sərkisyanın Dağlıq Qarabağ məsələsini arxa plana keçirməsi mümkün deyil. Çünki Ermənistanın bütün uydurma tarixi bunun üzərində qurulub. S.Sərkisyanın indiki fəaliyyəti Ermənistan tarixi barədə yazılanları da şübhə altına salır. Amma bu hələ kifayət deyil. Ermənistanın uydurma tarixi hələlik dərin köklərə malikdir. Bu köklər zəifləyib, amma hələ sarsılmayıb".

Politoloq qeyd edib ki, Ermənistanın daxilində ən etiraz doğuran məsələlərdən biri də konstitusiya islahatlarının nə üçün məhz indiki zamanda keçirilməsi idi: "Qüvvədə olan konstitusiya Ermənistanın qarşısında duran problemlərin həllinə heç bir maneçilik yaratmırdı. Bəlkə də, Ermənistanda bu konstitusiyanın hesabına problemlər az yığılıb. Ən azı stabil, vahid hakim partiya mövcuddur. Yeni parametrli konstitusiya hakim partiyanın daxilinə nifaq sala bilər. Konstitusiya islahatlarının müəllifi olan prezident S.Sərkisyanın bu mövzuda paradiqması diqqət çəkir".

M.Əhmədoğlu deyib ki, ermənilərin hakim düşüncə tərzinə görə, Ermənistan bütün qonşuları ilə müharibə vəziyyətində olub və ya müharibə vəziyyətindədir: "Belə olan təqdirdə, Ermənistana operativ idarəçilik və güclü əl həmişəki kimi indi də daha vacibdir. S.Sərkisyan bunları bildiyi halda konstitusiya islahatlarına getdi.
S.Sərkisyanın düşüncəsinə görə, Ermənistan dövləti müasir standartlardan kənar dövlətdir. Ermənistanın təhlükəsizliyini dövlət özü, hakimiyyət orqanları və cəmiyyət deyil, baş verən geosiyasi proseslər tənzimləməlidir. Erməni xalqının konfliktogen potensialı dövlət qoruyucu faktor kimi ön plana çıxır. S.Sərkisyan dəqiq bilir ki, prezident və ya parlament üsul-idarəsində olmasına baxmayaraq erməni xalqı heç vaxt öz dövlətini qoruya bilməyib və qorumaq potensialında da olmayacaq".

M.Əhmədoğlu bildirib ki, Ermənistan prezidenti S.Sərkisyan konstitusiya islahatlarına gedərkən bu paradiqmaya əsaslanırdı: "Ona görə, belə riskli addım atdı. S.Sərkisyanın qarşısında üç hədəf var idi:

I. Öz hakimiyyətinin davamı. S.Sərkisyan başa düşür ki, o hakimiyyətdən gedəcəyi təqdirdə də bütün mülkləri əlindən çıxacaq. Vatikanda səfir işləyən kürəkəni Mikayıl Minasyanın pulun hakimiyyəti ilə xristianlığı uzlaşdırmasına son qoyulacaq. Qardaşlarının bank hesabları xalqın xeyrinə həbs olunacaq. “Qarabağ klanı” bütövlükdə həbsxanalarda məskunlaşdırıla bilər. Ona görə o, hakimiyyətini davam etdirməlidir. Amma S.Sərkisyan bunu elə etməli idi ki, onun demokratiya ilə bağlı demaqoqiyası zərər görməməlidir. Çünki hər il S.Sərkisyan demokratiya adından Aİ-dən 60 milyon avro, ABŞ-dan isə 20-30 milyon vəsait qazanır. Başqa sözlə, S.Sərkisyanın demokratiya ilə bağlı demaqoqiyası ildə 100 milyon dollar qazanc gətirir. Eləcə də onun demokratiya demaqoqiyası Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın işğalçı mövqeyinin qoruyucu çətirlərindən biridir. Seçdiyi variant orijinal deyil. Sov. İKP-nın təcrübəsi bəllidir. Orijinallıq o olacaq ki, parlamentin 101 deputatının demək olar ki, hamısının köməkçisi kriminal avtoritetlərdən birisi olacaqdır. Kriminal avtoritetlər də həmin deputatın S.Sərkisyanın (partiyanın) göstərişlərindən kənara çıxmasına imkan verməyəcək".

Mərkəz rəhbəri sonra deyib ki, yeni konstitusiyaya görə, Ermənistanın müdafiə naziri siyasi vəzifədir: "Bunu S.Ohanyan bəyan etdi. Hətta mümkündür ki, Ermənistanın indiki prezidenti S.Sərkisyan yeni konstitusiya fəaliyyətə başladıqdan sonra hakim partiyanın lideri olmaqla yanaşı, həm də müdafiə naziri vəzifəsini daşısın. Bu, parlament deputatları üzərində daha yaxşı nəzarətə imkan verəcəkdir".

M.Əhmədoğlu vurğulayıb ki, bunlar sərkisyansayağı demokratik idarəçilik variantlarıdır: "Əmindir ki, Avropa bunu elə beləcə də qəbul edəcəkdir.

II. S.Sərkisyan Rusiyadan gələn təkliflərə yox deməkdən yorulub. Prezident S.Sərkisyan iki dəfə V.Putini rədd edib. Ermənistan parlamentli respublika olsaydı, 2013-cü il 3-ü sentyabr hadisəsi baş verə bilməzdi. Çünki S.Sərkisyan Putinə deyə bilərdi ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyünü parlamentin müzakirəsinə çıxarmaq lazımdır. V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe də S.Sərkisyanı ciddi narahat edir. Əgər V. Putin qəti hökm versə, S.Sərkisyan vəziyyətdən çıxa bilməyəcək".

Politoloq qeyd edib ki, rus dilinə qarşı kampaniya aparmaq və özünün Rusiyanın strateji müttəfiqi elan etmək asan məsələ deyil: "Ermənistan Qərblə ikibaşlı oyunlarından əl çəkməyib və əl çəkmək niyyətində də deyil. Ermənistanın Qərblə oyunları antiRusiya mahiyyətlidir. Parlament üsuli-idarəsinə keçməklə S.Sərkisyan bu istiqamətdə də əlavə resurs yaratmış olur. Çünki Aİ parlamentli respublikalarla işləmək, strateji əməkdaşlıq etmək təcrübəsinə və vərdişlərinə malikdir. RF isə ancaq prezident üsuli-idarəsinə alışıb.
III. Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyi iflasdadır. Bu belə də olmalı idi. Çünki Ermənistan işğalçılığını əsaslandıra bilmir. Məhz ona görə də, Ermənistan beynəlxalq hüquqi proseduralardan kənara qaçır. Ali baş komandanın dinc dövrdə fəaliyyət göstərməməsi, müharibə vaxtı parlament tərəfindən bu səlahiyyətin baş nazirə verilməsi məsələsi cavabdan çox sual yaradır. Eləcə də bu vaxta qədər Dağlıq Qarabağ danışıqlarında Ermənistanın mövqeyinin təmsilçisi bəlli idi. Bu Ermənistanın prezidenti idi. İndi konstitusiya islahatlarından sonra Dağlıq Qarabağ danışıqlarında Ermənistanı kimin təmsil edəcəyi də bəlli deyil. Bu da S.Sərkisyana suları bulandırmağa və ya kartları qarışdırmağa əlavə imkanlar yaradır. S.Sərkisyan bütün bu niyyətlərini konkret, bəlli bir partiyanın üzərində qurub. Hər şeyin alınıb-satıldığı, mənəviyyatın korlandığı, siyasi əqidəsizliyin hökm sürdüyü Ermənistan cəmiyyətində bu partiyanı da kimlərsə ala bilər".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ramazan ayının ilk günündə partlayış: 18 ölü

27 May 2017 12:29

Nardaran sakini silahını təhvil verdi

27 May 2017 12:29

Bayram gününün hava proqnozu

27 May 2017 12:29

Aygün Kazımovaya DTX-da İŞ VERİLDİ: müğənni GENERALLA - FOTO

27 May 2017 12:28

"Sevirəm" parkındakı problem həll olundu - "Böyüklər tərəfindən korlanır" - FOTO

27 May 2017 12:27

Bakıda "Azerbaijan Fashion Week"in 5-ci mövsümü keçirilib

27 May 2017 12:22

HÜCUM BAŞLADI: düşmənə ölümcül zərbə endirilir

27 May 2017 12:18

Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxıldı

27 May 2017 12:17

Mağazanın anbarından 150-yə yaxın saxta əmtəə nişanlı araq çıxdı

27 May 2017 12:15

Azərbaycanda qadın qətllərinin sayı artır - Səbəb nədir?

27 May 2017 12:12

İlham Əliyev Zbiqnev Bjezinskinin vəfatı ilə əlaqədar başsağlığı verib

27 May 2017 12:09

Elmar Məmmədyarov ABŞ-ın dini icmalarının liderləri ilə görüşüb

27 May 2017 12:08

Bakıda hotelin şüşələrini təmizləyərkən yıxılıblar

27 May 2017 12:08

ABŞ kəşfiyyatından qorxunc MÜHARİBƏ ANONSU: razılaşmaya ümidlər azdır və 2018-ci ildə...

27 May 2017 12:08

Azərbaycan XİN başçısı ABŞ-da səfərdədir

27 May 2017 12:07

Günün matçlarını yayımlayacaq kanallar

27 May 2017 12:05

Azərbaycan neftinin qiyməti DƏYİŞDİ

27 May 2017 12:05

Allergiyadan xilas olmağın ən asan yolları - VİDEO

27 May 2017 12:03

Avtomobillə 1 yaşlı oğlunu vurub öldürdü

27 May 2017 12:01

Azərbaycan nefti ucuzlaşdı

27 May 2017 11:59

Gürcüstanın müdafiə naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

27 May 2017 11:57

"Qalatasaray"a İtaliyadan iki ulduz

27 May 2017 11:57

"Peşəkar olmasalar da, musiqini sevirlər" - Xalq artisti - VİDEO - FOTO

27 May 2017 11:52

Bakıda qəza: qadın yaralandı - FOTO

27 May 2017 11:52

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 11:52

Nostradamusdan Türkiyə ilə bağlı DƏHŞƏTƏ DÜŞÜRƏN PROQNOZLAR: Yunanıstan...

27 May 2017 11:48

Ailəsi zorla ərə vermək istədi, sevdiyi oğlanla qaçdı

27 May 2017 11:46

Trampın "tvit"ləri redaktədən keçəcək

27 May 2017 11:42

Yoxa çıxan şəxsi sevgilisi öldürübmüş: cəsədini 8 hissəyə bölüb - VİDEO - FOTO

27 May 2017 11:42

“Sevirəm” parkında atraksionlarda yaranmış problem həll olunub

27 May 2017 11:37

Şri-Lankada daşqınlar

27 May 2017 11:37

“Alibaba” alış-veriş üçün ödənişi biometrik məlumatlarla qəbul edəcək

27 May 2017 11:35

Süni intellekt şagirdlərin diqqətini izləyəcək (VİDEO)

27 May 2017 11:35

Yeni tip akkumulyatorların tutumu üç dəfə artırılıb

27 May 2017 11:35

Serial ulduzu dəniz kənarında paparassilərə "hədəf" oldu - FOTO

27 May 2017 11:32

Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxslərin cəzaları azaldılıb

27 May 2017 11:32

"Nar" abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi

27 May 2017 11:32

Bakıda 22 180 ədəd xarici markalı siqaret aşkar edilib

27 May 2017 11:29

Məşhur azərbaycanlı müğənni nazir oğlunun QOLLARINDA - FOTOLAR

27 May 2017 11:28

Generallar Bakı bulvarında: onları heç BELƏ GÖRMƏDİNİZ - FOTOLAR

27 May 2017 11:23

Şri-Lankada daşqınlar: 100 nəfər həlak olub

27 May 2017 11:22

İlham Əliyev Misir prezidentinə başsağlığı verdi

27 May 2017 11:19

BMV avtomobilləri yararsız çıxdı - QORXUNC TƏHLÜKƏ

27 May 2017 11:18

Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi

27 May 2017 11:17

"Real"dan 75 milyonluq transfer

27 May 2017 11:17

Xəbərdarlıq: Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər (VİDEO)

27 May 2017 11:15

İlham Əliyev: “Gündən-günə azğınlaşan terrorizmə qarşı hamılıqla mübarizə aparılmalıdır”

27 May 2017 11:13

XDMX-dən xəbərdarlıq: "Kompüterinizə müdaxilə edə bilərlər"

27 May 2017 11:12

Azərbaycan Prezidenti: "Biz dinc insanlara qarşı yönəlmiş dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənirik"

27 May 2017 11:12

Tanınmış teleaparıcı efirdə mahnı oxudu - VİDEO - FOTO

27 May 2017 11:12