Filippində güclü qasırğa xəbərdarlığı elan olunub

10:33 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Manila, 14 dekabr, AZƏRTAC 
Dekabrın 14-də Filippində “Melor” tufanı ölkənin şərq sahillərinə yaxınlaşdığına görə yüksək səviyyəli təhlükə xəbərdarlığı elan olunub.
Hökumət orqanları məktəblərin və bir sıra idarələrin bağlanması, fövqəladə xidmətin isə təxliyyəyə hazır olması barədə göstəriş verib.
Filippinin mərkəzi hissəsində təhlükəsizliklə bağlı qəbul edilən qərar bərələrin və balıqçı gəmilərinin hərəkətinin dayandırılmasına, səkkiz minədək insanın limanlarda qalmasına səbəb olub.
Təbii Fəlakətlər Barədə Xəbərdarlıq Yayan Milli İdarənin nümayəndəsinin bildirdiyinə görə, “Melor” tufanı özü ilə daşqınlar, torpaq sürüşmələri və dörd metr hündürlüyündə nəhəng dalğalar gətirəcək. Rabitə və elektrik xətlərinə güclü ziyan dəyəcəyi də gözlənilir.
Hökumət orqanları ölkənin 81 əyalətindən 20-də, o cümlədən paytaxt regionunda qasırğa xəbərdarlığı elan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filippinde_guclu_qasirga_xeberdarligi_elan_olunub-910947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR