Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yığmamız Dünya Kubokunu Bakıya gətirdi - FOTO

Yığmamız Dünya Kubokunu Bakıya gətirdi - FOTO

Date: 14 December 2015 10:37

Dünya Kubokunun sahibi olan taekvondoçu üzrə Azərbaycan yığması Vətənə qayıdıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizi Heydər Əliyev adına Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi və idmançılarımızın yaxınları qarşılayıblar.
 
Meksikanın paytaxtı Mexiko şəhərində komandalararası Dünya Kubokunun qalibi baş mükafatı ölkəmizə gətirib.
 
Qeyd edək ki, Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq) və Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevdən (+80 kq) ibarət yığmamız qrup mərhələsində İrana 22:31 hesabı ilə məğlub olsa da, Belçikanı 57:31, Özbəkistanı 31:11 hesabı ilə məğlub edərək, qrup qalibi kimi yarımfinala vəsiqə qazanıb.
 
Reza Mehmandostun komandası finala gedən yolda Cənubi Koreya ilə üz-üzə gəlib. Bu dəfə rəqibini 48:30 hesabı ilə məğlub edən yığmamız Dünya Kuboku üçün dünyanın ən güclülərindən sayılan İran taekvondoçuları ilə qarşılaşıb. Millimiz ilkin mərhələdən fərqli, bu dəfə rəqibinə heç bir şans verməyib. Onlar cənub qonşularımızı 42:23 hesabı ilə məğlub etməklə, həm revanş alıblar, həm də Dünya Kubokuna sahib çıxıblar.

Milli.Az










Tags:  Yığmamız Dünya Kubokunu Bakıya gətirdi FOTO

RƏYLƏR


Top news