Heydər Əliyev Mərkəzi təqdim edir - Eros Ramazotti Bakıda!

10:38 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Məşhur italyan müğənnisi Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

Konsert Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunur.

Mrəkəzdən Trend-ə verilən məlumata görə, 2016-cı il aprelin 24-də keçiriləcək möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.

Musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub. Qeyd edək ki, Ramazottinin Bakı konserti də “Rerfetto” dünya turu çərçivəsində təşkil olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2469137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR