Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış azərbaycanlı sənətçi xərçəng imiş

Tanınmış azərbaycanlı sənətçi xərçəng imiş

Date: 14 December 2015 10:39

Aşiq Samirə Əliyeva xərçəng xəstəliyindən qurtulmağından danışıb.

 

Lent.az-ın məlumatına görə, “Onlar”a verilişinə danışan xanım ifaçı bildirib ki, 7-8 il öncə xərçəng xəstəsi imiş: “Ölümdən qorxan insan deyiləm. Təkcə qızımdan narahat idim. Ölüm qaşla-göz arasındadır. 7-8 il əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdim. Şükür olsun ki, bu xəstəlikdən qurtuldum. Allahın möcüzəsi var, məsləhət biləndə yaşadır. Allaha deyirdim ki, mənə möhlət ver, bundan sonra həyatı necə sevmək lazımdır, mən bilərəm. Artıq pul, var-dövlət haqda daha düşünməyəcəyəm. Xəstəliyimi tək başına yaşamışam. Dəstək olan olmayıb. Həkimə hər kəsdən gizli getmişdim. Niyə getdiyimi heç kimə deməmişdim. Hətta mən bir az gecikmişdim. Amma möcüzə oldu. Ondan sonra mən ikinci həyatımı qurdum. Allah heç kimə xəstəlik, dərd, kədər nəsib etməsin”. 


Tags:  Tanınmış azərbaycanlı sənətçi xərçəng imiş

RƏYLƏR


Top news