Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elton küsülü olduğu Röya haqda: "Mənə qarşı səhv etdi"

Elton küsülü olduğu Röya haqda:  "Mənə qarşı səhv etdi"

Date: 14 December 2015 10:41

Müğənni Elton Hüseynəliyev həmkarı Röya Ayxanla küsülülüyündən bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında onunla heç vaxt barışmayacağını deyib:

“Düşünürəm ki, biz heç vaxt barışmayacağıq. Həyatda kiminsə gözügötürmədiyi biri var. Röyanın da xoşu gəlməyən insan mənəm. Düşünür ki, mən ona qarşı səhv etmişəm. Amma yanılır, o mənə qarşı səhv etdi. Onun dünyası başqadır, mənimki başqa”.

E.Hüseynov Röyanın ünvanına təriflər də yağdırıb:

“O, əsl ulduzdur. Ona qadın xoşbəxtliyi arzulayıram. Onun kimi ifaçının heç nəyə ehtiyacı olmamalıdır. Onun xətrini dünyalar qədər istəyirəm. Amma bizi heç vaxt yanyana görməyəcəksiniz. Əgər kiməsə qarşı kin saxlayır, paxıllıq edirəmsə, kənarda sözün danışıramsa, Allah ailəmi rəzil etsin. Bu söhbətə ehtiyac yoxdur. Röyaya Elton lazımdır?”.


Tags:  Elton küsülü olduğu Röya haqda Mənə qarşı səhv etdi

RƏYLƏR


Top news