Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Çempionlar Liqası və Avropa Liqasında növbəti mərhələnin püşkü atılacaq

​Çempionlar Liqası və Avropa Liqasında növbəti mərhələnin püşkü atılacaq

Date: 14 December 2015 10:42

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa kuboklarında növbəti mərhələnin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, ilk olaraq Çempionlar Liqasında 1/8 final cütlükləri müəyyənləşəcək. 
Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə qrupu ilk pillədə başa vuranlar və ikinciliklə kifayətlənənlər fərqli səbətlərdə yer alacaqlar. Ümumilikdə 1/8 final mərhələsində 10 ölkənin klubları iştirak edəcək. Onlar qrup mərhələsində tutduqları yerlərə uyğun olaraq, 2 səbətə bölünəcəklər:
Səpələnmişlər: "Real Madrid" (İspaniya), "Volfsburq" (Almaniya), "Atletiko" (Madrid, İspaniya), "Mançester Siti" (İngiltərə), "Barselona" (İspaniya), "Bavariya" (Alrmaniya), "Çelsi" (İngiltərə),"Zenit" (Rusiya).
Səpələnməmişlər: PSJ (Fransa), PSV (Hollandiya), "Benfika" (Portuqaliya), "Yuventus" (İtaliya), "Roma" (İtaliya), "Arsenal" (İngiltərə), "Dinamo" (Kiyev, Ukrayna), "Gent" (Belçika)
Püşk nəticəsində səpələnməmişlərin hərəsindən bir komanda olmaqla, 8 cütün tərkibi formalaşacaq. 
Saat 16:00-da isə Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq. Püşkatmada Avroliqa 12 qrupu ilk iki pillədə başa vuran 24, Çempionlar Liqasında 8 qrupu üçüncü pillədə tamamlayan 8 klub təmsil olunacaq. Qrup birinciləri səpələnmişlər səbətində yer alıb. Qrupda ikinci yeri tutanlar səpələnməmişlər səbətindədir. ÇL-dən gələnlər isə reytinqə əsasən iki səbət arasında bölünüb.
Səpələnmişlər: "Molde" (Norveç), "Liverpul" (İngiltərə), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Rapid" (Avstriya), "Braqa" (Portuqaliya), "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Bazel" (İsveçrə), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya), "Atletik" (Bilbao, İspaniya).
Çempionlar Liqasından gələnlər: "Porto" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Mançester Yunayted (İngiltərə), "Bayer" (Leverkusen, Almaniya).
Səpələnməmişlər: "Fənərbağça" (Türkiyə), "Syon" (İsveçrə), "Borussiya" (Dortmund, Almaniya), "Midtyulland (Danimarka), "Vilyarreal (İspaniya), "Marsel" (Fransa), "St-Etyenn" (Fransa), "Sportinq" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Anderlext (Belçika), "Sparta" (Praqa, Çexiya), "Auqsburq" (Almaniya).
Çempionlar Liqasından gələnlər: "Sevilya" (İspaniya), "Valensiya (İspaniya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Ukrayna).
Qeyd edək ki, bu mərhələdə eyni ölkənin iki komandası, eləcə də Rusiya və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər. 

Tags:  Çempionlar Liqası Avropa Liqasında növbəti mərhələnin püşkü atılacaq

RƏYLƏR


Top news