Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranlı rejissor Lənkəran teatrında tamaşa hazırlayıb

Date: 14 December 2015 10:42

Bakı. 14 dekabr. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır. 
Teatrın direktoru Tofiq Heydərov "Report"a açıqlamasında deyib ki, dekabrın 16-da iranlı yazar Bəhram Beyzayinin "İlan sultan" əsəri əsasında hazırlanan tamaşanın premyerasını keçirəcəklər. 
Onun sözlərinə görə, Lənkəran Dövlət Dram Teatrı İranın Mədəniyyət və İrşad Nazirliyinin Teatr, Dram Sənəti Baş İdarəsi ilə saziş imzalayıb: "İranın Mədəniyyət və İrşad Nazirliyi ilə qarşılıqlı saziş imzalamışıq. Bu sazişə əsasən, iranlı rejissorlar və rəssamlar Lənkəran teatrında tamaşa hazırlaya bilər. Müqavilənin digər bəndinə görə, gələcəkdə Lənkəran teatrının rejissoru və rəssamı da İran teatrlarının birində tamaşa hazırlamağa dəvət ediləcək. Hələlik ilk addımı biz atmışıq. İranlı müəllif Bəhram Beyzayinin "İlan sultan" əsərini İrandan dəvət olunan rejissor Xeyrulla Təqvanipur hazırlayıb. Dekabrın 16-da tamaşanın premyerası olacaq". 
Xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrı yanvar ayında İranda keçiriləcək beynəlxalq Fəcr festivalında iştirak edəcək. Teatr "İlan sultan" əsəri ilə Təbriz, Urmiya, Ərdəbil şəhərlərində də çıxış edəcək.  

Tags:  İranlı rejissor Lənkəran teatrında tamaşa hazırlayıb

RƏYLƏR


Top news