Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Mərkəzi təqdim edir - Eros Ramazotti Bakıda

Heydər Əliyev Mərkəzi təqdim edir - Eros Ramazotti Bakıda

Date: 14 December 2015 10:43


Bakı, 14 dekabr, AZƏRTAC
Məşhur italyan müğənnisi Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Konsert Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunur.
2016-cı il aprelin 24-də keçiriləcək möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq.
1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.
Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.
Musiqi albomları dünyada milyonlarla tirajla satılan Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı albomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasına daxil olub. Ramazottinin Bakı konserti “Perfetto” dünya turu çərçivəsində təşkil olunur.

Tags:  Heydər Əliyev Mərkəzi təqdim edir Eros Ramazotti Bakıda


RƏYLƏR


Top news