Dünyanın gözlədiyi döyüş 13 saniyədə bitdi (FOTO, VİDEO)

10:46 14 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bosk həvəskarlarının böyük maraqla gözlədiyi qarşılaşma baş tutdu. ANS PRESS-in məlumatına görə, Las Veqasda qaydasız döyüş üzrə iki UFC (Ultimate Fighting Championship) çempionu qarşılaşıb. Bütün dünyanın maraqla gözlədiyi Konor McGreqor Jose Aldu ilə qarşılaşıb.

Bu qarşılaşamaya hazırlıqlar aylar öncədən başlayıb. Anonslar, reklamlar sayəsində qarşılaşmanın biletlərinin qiyməti kəllə çarxa qalxıb. Minlərlə dollar qiyməti olan biletlər satılıb.

Lakin möhtəşəm döyüş sadəcə 13 saniyə davam edib. Konor McGregor rinqə çıxar çıxmaz rəqibini nokauta salıb.
Qarışıq döyüş sənəti üzrə döyüşçü olan irlandiyalı Konor bununla da UFC tarixinin ən tez qazanılan qələbəsi olub.




Rinqə çıxar-çıxmaz məğlub olan J.Aldu isə bununla barışa bilmir. İndi o rəqibindən revanş almaq niyyətindədri. "O, soldan bir zərbə vurdu. Zərbə çox güclü idi. Onun döyüşdən qabaq dedikləri mənə heç cür təsir etməmişdi. O, istədiyi hər şeyi danışa bilər. Ancaq mən hesab edirəm ki, biz revanş oyunu keçirməliyik".

Bu Aldunun son 10 ildə ilk məğlubiyyətidir. Rəqibinin aktivində isə 19 qələbə və 2 məğlubiyyət var.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR