“Afina axşamları” tamaşasının premyerası olacaq

“Afina axşamları” tamaşasının premyerası olacaq
10:48 14 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
2016-cı il yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Afina axşamları” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Pyotr Qladilinin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasovadır. Tamaşanın musiqi tərtibatı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovundur.
Rolları Xalq Artisti Səfa Mirzəhəsənov, Əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Natalya Şarovskaya, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov oynayacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afina_axsamlari_tamasasinin_premyerasi_olacaq-910950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR