Vergi orqanlarına daxil olan 8933 müraciətin 61,3 faizi müsbət həll edilib

Vergi orqanlarına daxil olan 8933 müraciətin 61,3 faizi müsbət həll edilib
10:48 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
2015-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8933 müraciət daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Daxil olmuş müraciətlərdən 95,5 faizi ərizə, 4,3 faizi şikayət, 0,2 faizi isə təklifdir.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 34,3 faizi müxtəlif arayışların alınması, 33,9 faizi kameral vergi yoxlamaları, 7 faizi vergi borcları, 2,6 faizi səyyar vergi yoxlamaları, 1,7 faizi operativ vergi nəzarəti tədbirləri, 0,6 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,5 faizi korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub. Müraciətlərdən 61,3 faizi müsbət həll edilib.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 298 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə əsasən, cari ilin noyabrın 27-də vergilər naziri Fazil Məmmədov tərəfindən Biləsuvar rayonunda vətəndaşların qəbulu keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergi_orqanlarina_daxil_olan_8933_muracietin_613_faizi_musbet_hell_edilib-910949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR