Çempionlar liqası: gözlər səbətə yönələcək (VİDEO)

Çempionlar liqası: gözlər səbətə yönələcək   (VİDEO)
10:51 14 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cütlükləri məlum olacaq.

ANS PRESS-in məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində Çempionlar liqasının püşkatma mərasimi təşkil ediləcək.

16 futbol komandası 2 səbətə bölünüb. Qrup qalibləri, qrupun ikinciləri və eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar üz-üzə gələ bilməyəcəklər.

Bu da o deməkdir ki, 1-ci yerin sahibləri növbəti mərhələdə 2-cilərlə qarşılaşacaq. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında baş tutacaq.

Səbətlər:
1-ci səbətdə qrup qalibləri: "Real Madrid”, "Atletiko Madrid”, "Barselona" (hamısı İspaniya), "Volfsburq", "Bayern Münhen”" (hər ikisi Alrmaniya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Zenit” (Rusiya)

2-ci səbətdə qrup ikinciləri: "Arsenal" (İngiltərə), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Dinamo Kiyev” (Ukrayna), PSV (Hollandiya), "Gent" (Belçika).

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Dünyanın bir çox ölkələri tədbiri canlı yayımlayacaq. Çempionlar liqasının final oyunu Milanın "San Siro" stadionunda baş tutacaq.



Çempionlar liqasının sonuncu qalibi "Barselona" olub. Katalonlar finalda "Yuventus"u məğlub edərək 2014-cü ildə çempion olub. Oyun 3:1 hesabı ilə başa çatıb. Bu katalaonlar üçün Çempionlar Liqasında 5-ci qalibiyyət olub.


"Barselona" - "Yuventus" 3-1

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR