Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycanda kriminal avtoritetin apellyasiya şikayəti təmin edilməyib

Date: 14 December 2015 11:02

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı elan olunub. 
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin C.Baxışovla bağlı hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar. Araşdırma zamanı müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C.Baxışovdan “Makarov” tipli tapança, E.Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.
C.Baxışov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.
Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib.
C.Baxışov kriminal avtoritet kimi tanınır.

Tags:  Azərbaycanda kriminal avtoritetin apellyasiya şikayəti təmin edilməyib

RƏYLƏR


Top news