BANM-də beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri keçirilir

11:07 14 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

İclasda öncə SOCAR-ın "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi anılıb. 
BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyən Ali Məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəsissəsinin digər modullar üzrə standartların əldə olunmasına çalışdığını bildirib: "Bu istiqamətdə işlər sürətlə aparılır". 
TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu deyib: "BANM bir çox ali təhsil müəssisələrinin fəaliyyəti və inkişafı üçün nümunədir. BANM gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacaq. Yoxlamalar iki gün ərzində aparılacaq".
İki gün ərzində keçirilən audit yoxlanışından sonra auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olacaq.
Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikata sahib olub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/banm-de-beynelxalq-standartlarin-tetbiqine-dair-qiymetlendirme-tedbirleri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR