Ağstafa, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 iyun tarixli “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə şəhərdə inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq binanın dam örtüyü vurulub. Hazırda bina üzlənir, daxildə isə tamamlama işləri görülür. Binanın ətrafında genişmiqyaslı abadlıq işlərinə də başlanılıb.