Tanınmış bəstəkar vəfat etdi - FOTO

Tanınmış bəstəkar vəfat etdi - FOTO
11:17 14 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın musiqi mədəniyyətində böyük rolu olmuş, əməkdar incəsənət xadimi, professor Azər Rzayev yenicə 85 yaşını qeyd etmişdi. 

Milli.Az dissonanze.az-a istinadən xəbər verir ki, bu səhər dünyasını dəyişən bəstəkar 1930-cu il iyulun 15-də anadan olub. Xatırladaq ki, A.Rzayev uzun müddətdir səhhəti ilə əlaqədar olaraq ev şəraitində müalicə olunurdu. O, görkəmli opera müğənnisi Həqiqət Rzayevanın övladıdır.

Azər Rzayev "Hacı Kәrimin Aya sәyaһәti" musiqili komediyasının, skripka və orkestr üçün 2 konsertin, skripka vә alto ilә orkestr üçün ikiqat konsertin, 7 simfonik poemanın, "Bakı-90" simfoniyasının vә s. әsәrlәrin müәllifidir. 1986-cı ildә "Әsli vә Kәrәm" operasını xalq çalğı alәtlәri orkestr üçün, 1990-92 illәrdә "Arşın mal alan" musiqili komediyasından Әsgәrin ariyasını tar vә kamera orkestri üçün, "Koroğlu" operasından "Çәnlibel" sәһnәsini xor vә kamera orkestri üçün, "Leyli vә Mәcnun" operasının I pәrdәsindәn Leyli ilә Mәcnunun duetini solistlәr vә kamera orkestri üçün işlәyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/390033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR