Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% azalıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% azalıb
11:17 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2%, emal sənayesi üzrə 1,4% azalıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, su təchizatı tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.
Ümumilikdə, hesabat ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1% azalıb.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft hasilatı üzrə 8,2% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 2,3% bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 6,8%, kimya sənayesi üzrə 5,8%, neft məhsullarının istehsalı üzrə 1,9%, kağız və karton istehsalı üzrə 0,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə 0,1% ucuzlaşmıb, tikinti materiallarının istehsalı üzrə 2,2%, içki istehsalı üzrə 1,2% artıb.
Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/azerbaycanda-senaye-mehsullarinin-istehsalci-qiymetleri-7-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR