Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilərin vəziyyəti stabildir

Neftçilərin vəziyyəti stabildir

Date: 14 December 2015 11:19

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) müalicə alan neftçilərin vəziyyəti stabildir.

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda xəstəxanada 20 neftçi müalicə alır: “Dekabrın 12-də ambulator müalicəyə göndərilən neftçilərdən bir neçəsi yenidən xəstəxanaya müraciət etdi. Faiq Cəfərov isə müalicəsi başa çatdığına görə evə buraxılıb. Ümumilikdə neftçilərin vəziyyəti normaldır və onlar psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

 


Tags:  Neftçilərin vəziyyəti stabildir

RƏYLƏR


Top news