"Kişinin qadının evində yaşaması..." - Xuraman Əlizadə

"Kişinin qadının evində yaşaması..." -  Xuraman Əlizadə
11:21 14 Dekabr 2015
75 Şou
Ölkə mətbuatı
A- A+

“İnanmıram ki, bundan sonra ailəm olsun”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Xuraman Əlizadə “Onlar” verilişində deyib. O, şəxsi həyatı ilə bağlı etiraflar edib:

“Real danışım. Yalandan niyə deyim ki, qapımda elçilər dayanır. Bir vaxtlar var idi ki, elçilər gəlirdi, anam vermirdi. İndi yoxdur. İnanmıram ki, bundan sonra ailəm olsun. Bir dəfə uşaq evinə gedəndə balaca 4 yaşlı qız var idi. Ona dedim ki, səni götürəcəm. Sonra fikrimi dəyişdim. Hətta bacının uşağı belə sənə yaddır. Bunu yanlış bildim. Hərdən insan kimisə sevir. Ciddi olarsa, ailə quraram. Mən kişinin gəlib qadının evində yaşamasına normal baxıram. Amma gərək onun öz evi olsun. Əks halda qadın hökmdarlıq edir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR