Rusiyanın Türkiyə ilə barışmasının 3 şərti

11:31 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ilə Türkiyə arasında "Su-24" təyyarəsinin vurulmasından sonra yaranmış gərginliyi aradan qaldırmanın 3 şərti açıqlanıb. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov deyib.

O, hadisədən sonra xilas olan pilot Oleq Peşkovun Alparslan Çelik adlı Türkiyə vətəndaşı tərəfindən vurulduğunu da bildirib.

"Prezidentimiz daha öncə Türkiyədən gözləntilərini açıqlamışdı. Birinci - təyyarənin vurulması, pilotun ölümü ilə bağlı üzr istənməli, ikinci - buna məsulların tapılması və gərəkli cəzaların verilməsi, son olaraq isə Rusiyanın qarşı-qarşıya olduğu zərərin ödənilməsi. Əgər bu şərtlərimiz yerinə yetirilməsə Türkiyənin digər açıqlamalarının heç bir nəticəsi olmayacaq".

Səfir deyib ki, Türkiyədən son bir ildə idxal edilən meyvə-tərəvəzin dəyəri 1 milyard dollara çatmışdı. Gərginlikdən sonra bu idxalat da dayandırəlıb. "Bizə Türkiyədən aldığımız məhsulların boşluğunu doldurmaq üçün bir sıra ölkələr müraciət edib - Azərbaycan, İran, Mərakeş, İsrail... "

Səfir təyyarə vurulandan sonra Suriyaya yardım aparan TIR-ların bombalandığı barədə məlumatlara da aydınlıq gətirib. O, deyib ki, bu xəbərlər əsassızdır. Onun sözlərinə görə, əgər ora bomba atılsa maşınlara böyüz ziyan dəyməli idi. Amma bu tablo yox idi.

Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatalar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.


Rusiya təyyarəsinin vurulması

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR