Çempionlar Liqasında püşk zamanı - YENİLƏNİR

Çempionlar Liqasında püşk zamanı -   YENİLƏNİR
11:32 14 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

8 qrupda ilk iki pilləni tutmuş komandanın iştirak edəcəyi mərhələdə komandalar 8 cütlüyə bölünəcək. Qrup qalibləri ilə ikincilər fərqli səbətdə yer alıblar. Bu da o deməkdi ki, birinci yerin sahibləri növbəti mərhələdə ikincilərlə qarşılaşacaq. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında baş tutacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar üz-üzə gələ bilməzlər.
 
Ümumilikdə 1/8 final mərhələsində 10 ölkə təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə 3, Almaniya ilə İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə 1 komanda ilə təmsil olunacaqlar.
 
Qrup qalibləri: Real, Atletiko, Barselona (hamısı İspaniya), Volfsburq, Bavariya (hər ikisi Alrmaniya), Mançester Siti, Çelsi (hər ikisi İngiltərə), Zenit (Rusiya).

Qrup ikinciləri: Arsenal (İngiltərə), Yuventus, Roma (hər ikisi İtaliya), PSJ (Fransa), Benfika (Portuqaliya), Dinamo (Ukrayna), PSV (Hollandiya), Gent (Belçika).

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasnda-puk-zaman-t46124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR