Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanında ilk

Səudiyyə Ərəbistanında ilk

Date: 14 December 2015 11:37

Səudiyyə Ərəbistanının tarixində ilk dəfə 20 qadın yerli bələdiyyələrə seçiliblər.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bələdiyyə orqanlarına 2100 nəfər seçildiyindən qadınlar seçkilərdə qalib gələn namizədlərin 1 faizindən də azdır. Lakin buna rəğmən nəticələr Səudiyyə Ərəbistanındakı qadınlar üçün irəliyə doğru addımdır. Çünki indiyədək Səudiyyədə qadınlara, ümumiyyətlə, seçkilərə qatılmaq yasaqdı.

Seçkilərdə 7 min namizəd iştirak etmişdi ki, onların 979 nəfəri qadınlardır. Səudiyyədə bələdiyyə şuraları ölkə vətəndaşlarının seçilə biləcəyi yeganə hakimiyyət qurumudur.

Milli.Az


Tags:  Səudiyyə Ərəbistanında ilk


RƏYLƏR


Top news