"28 Cinema" super aksiyalar keçirir

"28 Cinema" super aksiyalar keçirir
11:37 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ "28 Cinema" kinoteatrı yeni aksiyalar keçirir. "Report" xəbər verir ki, dekabrın 17-də "Ulduzlar müharibəsi. Epizod VII: Gücün oyanışı" filminin premyerası olacaq. 
Filmə öncədən bilet alan tamaşaçılar xüsusi oyuncaqlar və rəsmi tərəfdaş olan Max Factor-dan kosmetika udmaq imkanı qazanırlar.
Xatırladaq ki, ekran işi sadəcə 6 epizoddan ibarət maraqlı bir film deyil. Bu film dünya kino janrında "fantastika" adında bir janrın peydə olmağının əsas səbəkarlarından biri olub. 7-ci epizodun rejisoru Cey Adams oldu. Məhs bu amilin filmə təzə nəfəs gətirəcəyi və yeni pərəstişkar toplamaqda əsas ümidlərdən biri olacağı bildirilir. Filmdə baş rolları ifa edir: Con Boyeqa, Deyzi Ridli, Oskar Ayzek, Adam Drayver, Donal Qlison, Xarison Ford, Mark Hemill, Kerri Fişer, Maks Fon Syudov, Endi Serkis.
Qısaca film haqqında: Dart Veyder və İmperatorun ölümündən 30 il sonra Qalaktika yenədə təhlükədədir. “Yeni Qanun” birliyi başda lider Snouk və onun sağ əli Kayl Ren ilə İmperiyanın əməllərini təkrar etməklə hakimiyyəti ələ almaq istəyirlər. Bu çətin vəziyyətdə qismət Rey və Finni-ni imperiya dövrünün qəhrəmanları olan Xan Solo, Çubakka və şahzadə Ley ilə görüşdürür. Birlikdə onlar “Yeni Qanun”a qarşı mübarizə aparmalıdırlar, lakin vəziyyət elə gətirir ki yalnız ceday Kayl Renn və Snouka qarşı mübarizə apara bilər. Bununla Qalaktikada yalnız bir nəfər sağ qalacaq.
Müsabiqə haqqında daha ətraflı məlumatı 28 Cinema-nın korporativ saytında və ya rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/28-cinema-super-aksiyalar-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR