Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlıq müzakirə olunub
11:38 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti Bakıda səfərdə olub.
Bu barədə AZƏRTAC-a Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən bildirilib.
FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də qurumun digər vitse-prezidenti İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili iki günlük səfər müddətində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovla görüşüblər.
Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib.
Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi “Crystal Hall”da da olublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kechirilecek_Sahmat_Olimpiadasina_hazirliq_muzakire_olunub-910972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR