İŞİD-dən qandonduran vəhşilik: 38 xəstə uşaq edam edildi

İŞİD-dən qandonduran vəhşilik: 38 xəstə uşaq edam edildi
11:39 14 Dekabr 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq Şam İslam Dövlət"i terror qruplaşması genetik çatışmazlığı və Daun sindromlu ən azı 38 uşağı məhv edib.

Lent.az-ın modern.az-a istinadən məlumatına görə,  bu, Səudiyyə Ərəbistanı əsilli islamçı hakimin azyaşlıların edamının vacibliyi ilə bağlı fətvasından sonra baş verib.

Bu haqda özünün “Facebook” səhifəsində “Mosulun gözü” bloqu məlumat yayıb. Həmin informasiyaya görə, uşaqların əksəriyyəti İŞİD sıralarında döyüşən əcnəbi yaraqlıların yerli qadınlarla əlaqəsi nəticəsində doğulublar.

Digər məlumata görə, öldürülən uşaqlardan ən böyüyü 3 aylıq, kiçiyi isə bir həftəlik olub. Onlara ya öldürücü inyeksiya vurulub, ya da boğublar. Edamların Suriyanın Mosul şəhərində həyata keçirildiyi bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR