Türkiyəli müğənnidən Aygün Kazımovaya təklif

Türkiyəli müğənnidən Aygün Kazımovaya təklif
11:42 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın növbəti türk müğənnisi ilə duet ifa edəcəyi gözlənilir.

Milli.Az-a açıqlama verən konsert təşkilatçısı Nahid Emiloğlu Aygün Kazımova üçün sürpriz hazırlandığını bildirib. O, türkiyəli müğənni Çelik ilə Aygün Kazımovanın yeni il gecəsi konsert hazırlıqlarından danışarkən, türkiyəli sənətçinin xalq artistimizə duet təklif edəcəyini bildirib:

"Bilirsiniz ki, Çelik Türkiyədə təkcə müğənni kimi deyil, bəstəkar kimi də məşhurdur. Mahnılarının əksəriyyətini Çelik özü bəstələyib. Hazırda gözəl bir mahnısı var. Bildirib ki, həmin mahnını Azərbaycanın divası Aygün Kazımova ilə birlikdə ifa etmək niyyətindədir. Aygün xanım  bilmirəm bu təklifə necə baxacaq. Yəqin ki, mahnını dinləyib bəyənər".

Qeyd edək ki, Aygün Kazımova və Çelik 31 dekabrda paytaxtın əyləncə mərkəzlərindən birində eyni səhnəni bölüşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR