Futbolçu ailəsinə görə Azərbaycanı tərk edir

Futbolçu ailəsinə görə Azərbaycanı tərk edir
11:47 14 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" hücumçusu Fakundo Pereyra ilə yollarını ayırmağa hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu karyerasını vətənində davam etdirəcək.
 
"Qırmızı-qaralar" mövsümlərarası fasilədə 6 aylıq icarəyə götürdüyü Pereyranı saxlamaqda maraqlı deyillər. Lakin hücumçu 2018-ci ilə qədər müqaviləsi qüvvədə olan PAOK-a da qayıtmayacaq. Bunu Argentina mətbuatına forvardın meneceri Luis Belveder deyib. O bildirib ki, Pereyra dekabrın 19-da "Qarabağ"la oyunda son dəfə "Qəbələ"nin formasını geyinəcək və ayın 21-də Azərbaycandan ayrılaraq Buenos-Ayresə yollanacaq.
 
Yenicə ata olan Pereyra həyat yoldaşının yanında olmaq üçün karyerasını vətənində davam etdirmək qərarına gəlib. Hətta menecerindən ölkəsində klub axtarışına başlamağı da istəyib. Artıq iki yerli komanda - "Qodoy Kruz" və "Ximnasiya" futbolçunun meneceri ilə təmasa keçiblər. PAOK rəhbərliyinin də bu keçidə razılıq verməsi gözlənilir.
 
Qeyd edək ki, Fakundo Pereyra bu mövsüm "Qəbələ"nin heyətində keçirdiyi 18 oyunda 5 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR