NATO rəsmisi: Həm Alyansa üzv, həm də tərəfdaş ölkələr Rusiya ilə yaranmış hazırkı böhrandan çıxmaqda maraqlıdır (MÜSAHİBƏ) (FOTO)

NATO rəsmisi: Həm Alyansa üzv, həm də tərəfdaş ölkələr Rusiya ilə yaranmış hazırkı böhrandan çıxmaqda maraqlıdır (MÜSAHİBƏ) (FOTO)
11:48 14 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Brüssel-Trend:

Brüsseldə səfərdə olan Azərbaycanın bir qrup jurnalisti NATO-nun Mənzil Qərargahında olub və bir sıra görüşlər keçiriblər. Həmçinin, jurnalistlər NATO-nun Enerji bölməsinin rəhbəri Maykl Ruehle, Siyasi məsələlər və təhlükəsizlik siyasəti bölməsinin əməkdaşı Pavel Anastasov və NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) Ermənistan və Azərbaycan üzrə ölkə meneceri Paul de Qeyer d'Ors ilə müsahibə götürüblər. Trend-in də əməkdaşının iştirak etdiyi müsahibəni təqdim edirik.

– Azərbaycan enerji təhlükəsizliyi sahəsində NATO-ya hansı töhfələr verir? Ümumiyyətlə, NATO ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq hansı səviyyədədir?

Maykl Ruehle: Enerji təhlükəsizliyi sahəsində Azərbaycan NATO-nun mühüm, hətta ən fəal tərəfdaşıdır. Azərbaycanın NATO-dakı missiyası da çox səmərəli fəaliyyət göstərir və biz birgə bir neçə layihələr həyata keçirmişik. Misal üçün, ötən ilin oktyabr ayında NATO-nun baş qərargahında dəniz enerji infrastrukturuna təhdidlər ilə bağlı seminar təşkil etmişik. Seminara bir çox ekspertlər, o cümlədən SOCAR-ın ekspertləri cəlb olunmuşdu. Buna bənzər daha bir seminarı isə 2013-cü ildə Azərbaycan Diplomatiya Akademiyasında keçirmişik. Burada da enerji sahəsində yeni təhdidlər, o cümlədən terrorizm, kibertəhdidlər məsələlərini geniş müzakirə etdik. Seminara NATO-dan və Azərbaycandan ekspertlər cəlb olunmuşdu. Biz infrastrukturların mühafizəsi sahəsində geniş təcrübə mübadiləsi həyata keçiririk. Bizim, həmçinin tərəfdaş ölkələrlə sülh və təhlükəsizliklə bağlı proqramımız var və bu proqrama əsasən elm adamları cəlb olunur. Azərbaycandan olan elm adamları da bu proqrama cəlb olunur.

- Son vaxtlar Rusiya ilə Türkiyə arasında yaranan gərginlik regionda enerji təhlükəsizliyində təhdidlər yaradır. NATO zərurət yaranarsa, regionun fəal dövləti kimi Azərbaycana hansı dəstəyi verə bilər?

Maykl Ruehle: İnfrastrukturun qorunması hər bir ölkənin, o cümlədən NATO-ya üzv ölkələrin milli məsuliyyətidir. Bu, NATO-nun məsuliyyətinə aid olan məsələ deyil. Bu baxımdan NATO tərəfdaş ölkələrin də infrastrukturunu mühafizə etmir. Lakin NATO ilə Rusiya arasında yaxşı münasibətlərin olması ümumi təhlükəsizlik baxımından digər ölkələr üçün də səmərəlidir. Əlbəttə, həm Alyansa üzv ölkələr, həm də tərəfdaş ölkələr Rusiya ilə yaranmış hazırkı böhrandan çıxmaqda maraqlıdır. Azərbaycanla Rusiya arasında səmərəli münasibətlər var. Düşünürəm ki, biz Rusiya ilə mövcud böhranın daha da böyüməsinə və daha çox ölkələrin buraya cəlb olunmasına imkan verməməliyik.

- Azərbaycanın NATO ilə hərbi əməkdaşlığını, Azərbaycan Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesini necə dəyərləndirirsiniz?

Paul de Qeyer d'Ors: 2000-ci ildən bəri Azərbaycanla başlamış proses çərçivəsində biz qarşımıza bir sıra tərəfdaşlıq məqsədləri qoymuşuq. Bu məqsədlərdən biri Azərbaycana NATO-nun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlarda iştirak edə biləcək qüvvələri təmin etməkdə köməklik göstərməkdir. Hazırda biz Əfqanıstan misalında bunu görə bilərik. Azərbaycanın NATO-nun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlara hərbi qüvvə göndərməsi istiqamətində bir çox səylər göstərilib. Bu səylərdən biri Silahlı Qüvvələrin NATO standartlarına uyğun təlimdən keçirilməsidir. Burada hərbçilərə NATO mütəxəssisləri və ekspertləri tərəfindən dəstək göstərilir. Bu, birinci mərhələdir. İkinci mərhələ isə NATO standartlarının digər silahlı qüvvələr üçün də istifadə edilməsidir. NATO-nun standartlaşdırma sənədlərinin çoxu tərəfdaş ölkələr üçün də açıqdır. Və Azərbaycanın NATO-dakı missiyası da NATO standartlaşdırma təşkilatı ilə əməkdaşlıq edir və onlar hansı NATO standartlarının Azərbaycan tərəfindən istifadə edilə bilinməsini müəyyənləşdirirlər.

Pavel Anastasov: Tərəfdaşlıq məqsədlərindən biri də müdafiə və tədris sahəsində səmərəli əməkdaşlığın qurulmasıdır və bu çərçivədə Azərbaycanın hərbi məktəbləri və silahlı qüvvələri NATO-nun müdafiə və tədris proqramında iştirak edir. Biz NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi məktəbləri arasında əlaqələrin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına çalışırıq və bu istiqamətdə bir şəbəkə rolunu oynamağa çalışırıq. Azərbaycanın NATO-dakı missiyası sayəsində bu istiqamətdə Azərbaycanla da fəal əməkdaşlıq edirik. Bu istiqamətdə əməkdaşlıq 2008-ci ildən bəri davam edir. Bu müddət ərzində ABŞ-dan, Kanadadan, Avropadan, o cümlədən Polşadan, Almaniyadan, Çexiyadan, Bolqarıstandan və Rumıniyadan ekspertlər Bakıda olublar və Azərbaycanın hərbi məktəblərinin ekspertləri, professorları ilə təcrübə mübadiləsi aparıblar.

Biz həmçinin ötən ilin oktyabr ayında enerji təhlükəsizliyi ilə bağlı strateji kurs təşkil etmişdik və Azərbaycandan olan nümayəndələr də seminarda iştirak edirdi. Biz bu kursu hər il təşkil etmək niyyətindəyik. Bu bir daha təlim və tədrisin NATO ilə tərəfdaş ölkələri arasında necə bir əlaqə olduğunu göstərir.

Paul de Qeyer d'Ors: Digəri cavab verir: Əlavə etmək istərdim ki, əməkdaşlıq yalnız təlim və tədris ilə yekunlaşmır. NATO bir çox mühüm tədbirlər təşkil edir və tərəfdaş ölkələrdən nümayəndələr də bu tədbirlərdə iştirak edir. Azərbaycan il ərzində 60 müxtəlif tədbirdə iştirak etmək üçün təqribən 200 nəfər nümayəndə göndərir.

- Yəni NATO Azərbaycanla əməkdaşlıqdan razıdırmı?

Paul de Qeyer d'Ors: NATO ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq var və bu əməkdaşlıq könüllü prinsiplərə əsaslanır. Bu əməkdaşlığın iki əsas komponenti var. Bunlardan biri əsasən siyasi xarakter daşıyan İPAP proqramıdır. Bu proqram çərçivəsində dövlətlər tərəfindən qəbul edilən vəzifələr var. Digər komponent isə PAP proqramıdır. Bu proqrama da təlim və tədris sahəsinə əməkdaşlıq daxildir və tamamilə könüllü prinsiplərə əsaslanır və əməkdaşlığın səviyyəsi dövlətlərin öz seçimindən asılıdır. Deyə bilərəm ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi həmişə arzu olunan səviyyədə olub.

Qeyd edək ki, jurnalistlərin Brüsselə səfəri “Azərsun” şirkətinin dəstəyi ilə baş tutub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

SSRİ rəhbərliyinin kağız üzərində qalmış növbəti qərarı

25 İyul 2017 18:52

"45 yaşım var, ondan min dəfə gözələm" - FOTO

25 İyul 2017 18:52

Ağacları kəsib kafe tikdilər

25 İyul 2017 18:48

19 yaşlı stilist rəfiqəsi ilə boğazları kəsilmiş vəziyyətdə tapıldı - FOTO

25 İyul 2017 18:47

Telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər - Rusiyada

25 İyul 2017 18:42

Rihanna Makronla görüşə gəlir: MARAQLI SƏBƏB

25 İyul 2017 18:38

Ağstafada canavar qadına hücum etdi

25 İyul 2017 18:37

Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"

25 İyul 2017 18:37

“Android” sistemli ilk “Nokia” smartfonunun təqdimat tarixi məlum olub

25 İyul 2017 18:35

Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib

25 İyul 2017 18:35

Tibbdə yenilik: Ana bətnində İİV-ə yoluxan uşaq tam sağaldı

25 İyul 2017 18:33

Bakıda imtahandan qayıdan abituriyent itkin düşdü

25 İyul 2017 18:32

O da kənd həyatını seçdi

25 İyul 2017 18:32

Hacıqabulda sənaye məhəlləsi yaradılacaq

25 İyul 2017 18:29

6 qazaxıstanlı tələbə Misirdə itkin düşdü

25 İyul 2017 18:27

Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb

25 İyul 2017 18:27

İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış - FOTO

25 İyul 2017 18:27

İlham Əliyev Maldiv prezidentini təbrik edib

25 İyul 2017 18:26

Terrorçular öz taktikaları ilə qətlə yetirildilər - VİDEO

25 İyul 2017 18:23

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi - FOTO

25 İyul 2017 18:22

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

25 İyul 2017 18:22

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

25 İyul 2017 18:22

Könüldən Namiq etirafı: "Onunla oxumaq istəmirdim"

25 İyul 2017 18:22

Azərbaycan XİN Pakistandakı terror aktını pisləydi

25 İyul 2017 18:22

Bülənt Ərsoy şəkillərini yayanı təhdid etdi

25 İyul 2017 18:20

"Panatinaikos"da yeni müqavilə

25 İyul 2017 18:17

"Həyatını cadu ilə qurursa..." - Tünzalə

25 İyul 2017 18:17

ABŞ-dakı erməni mafiyasının gizlinləri - DOSYE

25 İyul 2017 18:17

ABŞ donanması İran gəmisinə atəş açdı

25 İyul 2017 18:17

Səfir: "Azərbaycan Almaniyanı neftlə təchiz edən ölkələr sırasında beşinci yerdədir"

25 İyul 2017 18:17

150 manat cərimə oluna bilərsiniz

25 İyul 2017 18:13

Qənirə Paşayeva mükafatlandırılıb

25 İyul 2017 18:09

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində valideynlər polislə mübahisə ediblər

25 İyul 2017 18:07

"Pula görə evlənir, 6 ay sonra da boşanırlar" - Eldar - FOTO

25 İyul 2017 18:05

Bakıda qəbul imtahanı verən 17 yaşlı abituriyent yoxa çıxıb – FOTO

25 İyul 2017 18:04

Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib

25 İyul 2017 18:02

4 min nəfərə yaxın müəllim imtahan verib

25 İyul 2017 18:02

Mehriban Əliyevanın nəvəsi ilə maraqlı FOTOSU

25 İyul 2017 17:58

Maradona: "Yeni sistem tətbiq edilsəydi, "tanrının əli" də olmayacaqdı"

25 İyul 2017 17:57

Rühəngiz küsülü olduğu Səməd Səmədovla bir arada - FOTO

25 İyul 2017 17:57

Göygöldə zəncirvari qəza

25 İyul 2017 17:57

Ermənistanda ali təhsil almaq istəyənlərin sayı azalır

25 İyul 2017 17:57

4 minə yaxın şəxs müəllim işləmək üçün imtahan verdi

25 İyul 2017 17:57

SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib

25 İyul 2017 17:57

4 min nəfər müəllim olmaq üçün imtahan verdi

25 İyul 2017 17:53

Dollar UCUZLAŞDI

25 İyul 2017 17:53

Bakıda ərəblərdən iyrənc hərəkət

25 İyul 2017 17:53

"VAZ-2107" və "Opel" toqquşdu: yaralılar var - FOTO

25 İyul 2017 17:52

Nazir: "Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq"

25 İyul 2017 17:52

Arda Turan qərarını verdi

25 İyul 2017 17:52