Tərlan Əhmədov: "3 xalı qazanıb, bir az rahat nəfəs aldıq"

AZAL - "Xəzər Lənkəran" (1:0) oyunundan sonra Tərlan Əhmədovun mətbuat konfransı keçirilib.

Əhmədov məqsədlərinin 3 xal qazanmaqdan ibarət olduğunu və bu tapşırığın öhdəsindən gəldiklərini bildirib:

"Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidirlər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində gedək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR