​Yan Bredşou: "TAP layihəsi üzrə 45 min müqavilə imzalnacaq"

​Yan Bredşou: "TAP layihəsi üzrə 45 min müqavilə imzalnacaq"
11:52 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ 2020-ci ilin əvvəlində fəaliyyətə başlayacaq Trans-Adriatik Boru Kəməri (TAP) ilə hər il Avropaya 10 mlrd. kubmetr həcmində təbii qaz nəql olunacaq. Lakin TAP genişləndirilə bilən layihədir və onun həcmi gələcəkdə iki dəfəyə qədər artırıla bilər. "Report" xəbər verir ki, bunu Albaniya mediasına müsahibəsində "TAP AG"-nin icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) deyib.
İcraçı direktorun sözlərinə görə, TAP-ın genişləndirilməsi üçün yalnız əlavə iki kompressor stansiyasının quraşdırılması kifayət edir.
Y.Bredşou deyib ki, TAP Albaniya üçün bir neçə baxımdan əhəmiyyəltlidir: "Öncə onu deyim ki, TAP Albaniyanı iki böyük enerji bazarı ilə birləşdirəcək. Digər tərəfdən rəsmi Tirana Birbaşa Xarici İnvestisiyaların (FDİ) daxil olmasına nail olacaq. Həmçinin, TAP Albaniyanın geosiyasi movqeyinin də gücləndirəcəyini düşünürəm. Albaniyada TAP üçün istifadə edilə biləcək 400 km-lik daxili qaz şəbəkəsi var. Amma infrastrukturun mövcud vəziyyəti və sistemin istifadə üçün yararalılığı qiymətləndirilməlidir".
TAP rəsmisi deyib ki, Albaniya, İtaliya və Yunanıstanda bu layihənin icrası üçün ümumilikdə 18 200 torpaq sahəsinin alınması planlaşdırılır: "Torpaq sahibləri ilə müqavilələrin bağlanması davam edir. Ümumilikdə, 18 200 torpaq sahəsi alınacaq ki, onun 10 mini Yunanıstan, 8 mini Albaniya, 200-ü isə İtaliyanın payına düşür. Bununla bağlı ümumilikdə 45 min torpaq alqı-satqısı müqaviləsi imzalanacaq".
Y.Bredşou əlavə edib ki, boruların çəkilməsinə hər üç ölkədə təxminən eyni vaxtda başlanılacaq: "Albaniyada TAP-ın çəkilişi üçün ilk borular 2016-cı ilin əvvəlində gətiriləcək. Kəmərin çəkilməsi üçün Albaniyada ən yüksək nöqtə 1 800 metrlik dağ zirvəsidir ki, onu da tezliklə öhdəsindən gələcəyik".
Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir. Xatırladaq ki, dekabrın əvvəlində "Statoil" (Norveç) şirkəti TAP layihəsindəki 20% payını "Snam"a (İtaliya) satması (208 mln. avro) ilə bağlı məlumat yayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/yan-bredsou-tap-layihesi-uzre-45-min-muqavile-imzalnacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR