Elton: "Röya ilə heç vaxt barışmayacacağıq"

Elton: "Röya ilə heç vaxt barışmayacacağıq"
11:54 14 Dekabr 2015
60 Şou
Ölkə mətbuatı
A- A+

“Düşünürəm ki, Röya ilə mən heç vaxt barışmayacağıq”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “Onlar” verilişində deyib: “Biz heç vaxt barışmayacağıq. Həyatda hamının gözü götürmədiyi biri olur. Röyanın da xoşu gəlmədiyi insan mənəm. Düşünür ki, mən ona qarşı səhv etmişəm. Amma yanılır, o mənə qarşı səhv etdi. Onun dünyası başqadır, mənimki başqa. Barışmağımız mümkün deyil”.
 

E.Hüseynov daha sonra Röyanın ünvanına xoş sözlər deyib: “O, əsl ulduzdur. Ona qadın xoşbəxtliyi arzulayıram. Onun kimi ifaçının heç nəyə ehtiyacı olmamalıdır. Bizi heç vaxt yanyana görməyəcəksiniz. Əgər kiməsə qarşı kin saxlayır, paxıllıq edirəmsə, kənarda sözünü danışıramsa, Allah ailəmi rəzil etsin. Bu söhbətə ehtiyac yoxdur. Röyaya Elton lazımdır?”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR