Diri-diri basdırılıblar

Diri-diri basdırılıblar
11:54 14 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Çində 2500 il əvvəl diri-diri basdırılan 500 at skeleti tapılıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Çinin Şandonq əyalətində 2 min 500 il əvvəl ölən imperatorun məzarında o vaxt onunla birlikdə diri-diri basdırılan 500-dən çox atın skeleti tapılıb.

İmperator Çi Jingongun məzarına yoldaşlıq edən 500 atın skeleti gələn il sərgilənəcək.

Ölkənin şərqindəki Zibo kəndinin rəhbəri skeletlərin yenidən bərpa edilərək sərgilənəcəyini deyib.

Qeyd edək ki, atların çoxunun 6-7 yaşındaykən basdırıldığını açıqlayan arxeoloqlar bu arxeoloji işlərin və at məzarlarının 5 ilə qədər qorunmasının 11 milyon dolardan çox tutacağını deyib.

 

 




















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR