Kərim Niyamı təhqir etdi: "Şeytan, səndən iyrənirəm"

Kərim Niyamı təhqir etdi: "Şeytan, səndən iyrənirəm"
12:01 14 Dekabr 2015
61 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Kərim Abbasovla həmkarı Niyam Salami arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, K.Abbasov “Onlar” verilişində ifaçını təhqir edib:

“Səndən iyrənirəm. Şeytanla səni səhv salıram. Lənət oxuyuram ki, sənin kimi şeytansifətli insanla çörək kəsmişəm. Sənin kimi şeytanı evimə necə buraxmışam? Yaxşı olar ki, gedib kartofunu qızardasan. Bilirəm ki, bu sözlərimdən sonra qaça-qaça gəlib, mənimlə barışmağa çalışacaq. Mənim sözümü gedib başqasına çatdırıb. Bəs sənin kişiliyin, qürurun harda qaldı? Arxasınca danışdığı müğənnilərlə gedib barışır. İnsanda sifət yaxşı şeydir. Sən Ramalın, Rəhimin (müğənni Rəhim Rəhimli və Ramal İsrafilov – red.) arxasınca Aygün Kazımovanın evində nələr danışmısan. Biz o insanlarla düşmən olduq. Əgər mən o insanlarla barışsam... Bu gün Röya səni bağışlamırsa, haqqına edir. O yaxşı bilir sən kimsən, nəsən”.

N.Salami K.Abbasovun ittihamlarına cavab verib:

“Telefon deyilən bir şey var. Kimsə kiminləsə incikdirsə, zəng edib sözünü desin. Qadın gedib haradasa başqasının haqqında danışa bilər. Mən Ramalın, Rəhimin evində çörək kəsmişəm. Kiminlə barışacağımı özüm bilərəm. Mənim haqqımda ancaq Rəhim və Ramal danışa bilər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR