“Xəbərlər” elmi məqalələr toplusunun növbəti nömrəsi işıq üzü görüb

“Xəbərlər” elmi məqalələr toplusunun növbəti nömrəsi işıq üzü görüb
12:03 14 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı 14 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” (ictimai elmlər seriyası) elmi məqalələr toplusunun növbəti nömrəsi çap olunub.
Baş redaktoru akademik Nailə Vəlixanlı olan toplunun bu nömrəsində Azərbaycanın tarix, arxeologiya, etnoqrafiya, fəlsəfə elmlərinin aktual məsələlərinə həsr olunan məqalələr dərc edilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, topluda bu qurumun əməkdaşlarının da məqalələri yer alıb.
Muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “1905-1907-ci illər erməni-Azərbaycan münaqişəsində Bakıda zərər çəkmişlərə köməyin təşkili” başlıqlı məqaləsində Azərbaycanın XX əsr tarixinin aktual və öyrənilməmiş məsələlərindən biri haqqında məlumat verilir. Şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Dünya muzeylərində XV-XVI əsr Azərbaycan müdafiə silahları” adlı məqaləsində isə dünyanın bir sıra aparıcı muzeylərində qorunan və Azərbaycanın orta əsr dövlətlərinə aid müdafiə silahları təqdim olunur. Elmi işçi Əli Fərhadovun “Heydər Hüseynovun həyat və yaradıcılığından (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında”) adlı məqaləsi də görkəmli Azərbaycan alimi, akademik Heydər Hüseynovla bağlı yeni faktlarla zəngindir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xeberler_elmi_meqaleler_toplusunun_novbeti_nomresi_isiq_uzu_gorub-910981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR