Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi qrup lideri oldu, mərhələ adladı

Azərbaycan millisi qrup lideri oldu, mərhələ adladı

Date: 14 December 2015 12:06

Futzal üzrə Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Millimiz qrupun son oyununda Xorvatiya yığması ilə qarşılaşıb. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. İlk oyunda İsveç komandasını 8:2, ikinci qarşılaşmada isə Belarus yığmasını 7:2 hesabı ilə məğlub etmiş millimiz pley-off mərhələsinə qrup birincisi olaraq vəsiqə qazanıb.

Pley-off mərhələsinin püşkatma mərasimi 2016-cı il fevralın 12-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Bu mərhələnin oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək.


Tags:  Futzal Azərbaycan Dünya çempionatı

RƏYLƏR


Top news