Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"​Azəriqaz": Nardaran qəsəbəsində 500-ə qədər abonent qazla təmin edilib

Date: 14 December 2015 12:07

İ. Kərbalayevin sözlərinə görə, qaz verilişi abonentlərlə bağlanmış fərdi müqavilə əsasında mümkün olub:
"Orda bəzi qanunsuz birləşmələr var idi. Həmin birləşmələr təmizləndi və abonentlərin evlərinə texniki baxış keçirildi. Bundan sonra isə onlara qaz verilib. Təmizləmə işləri və texniki baxış davam etdirilir. Bir neçə günə abonentlərimizin bir qismi də qazla təmin olunacaq".
Nardaranda ümumilikdə 1900-dən çox abonent olduğunu deyən "Azəriqaz" sözçüsü bildirib ki, borclu abonentlər mütləq şəkildə borclarını ödəməlidir:
"Borclu abonentlərin borclarının bağışlanmasından söhbət gedə bilməz. Borclu abonentlər üçün akt tərtib edilir və onlar sənədləri imzalayır. Bəziləri borcu yerində ödəyir. Bəzi abonentlərə isə borcları ödəmək üçün müəyyən vaxt verilir".
Qeyd edək ki, noyabrın 28-də Nardaran qəsəbəsində yaşayanların borca görə qazı kəsilmişdi. 

Tags:  Azəriqaz Nardaran qəsəbəsində 500-ə abonent qazla təmin edilib

RƏYLƏR


Top news