Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Flippində qasırğa təhlükəsi ilə əlaqədar 700 mindən çox sakin təxliyə edilib

Flippində qasırğa təhlükəsi ilə əlaqədar 700 mindən çox sakin təxliyə edilib

Date: 14 December 2015 12:08


Bakı, 14 dekabr, AZƏRTAC
“Melor” qasırğasının adalara yaxınlaşması səbəbi ilə 700 mindən çox Filippin sakini sahilyanı rayonlardan təxliyə edilib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hökumət güclü leysan yağışlarının Albay əyalətində yerləşən Mayon vulkanı ətəklərində sürüşmələrə səbəb olacağından ehtiyatlanır. Leqaspi şəhəri yaxınlığında artıq yüksək dalğalar qeydə alınıb.
Filippinin 81 əyalətindən 20-də yüksək səviyyəli qasırğa xəbərdarlığı elan edilib, ofislər və məktəblər müvəqqəti olaraq bağlanılıb.
Sinoptiklər qasırğanın daşqınlara, sürüşmələrə, elektrik naqillərində qırılmalara və hündürlüyü 4 metrə çatan dalğalara səbəb olacağını ehtimal edirlər.
Xatırladaq ki, hər il iyun ayından dekabra qədər Filippində yağışlar mövsümü davam edir. Bu müddət ərzində ölkədə təxminən 20-dək qasırğa baş verir. 2013-cü ilin axırlarında Filippinin mərkəzi hissəsindən “İolanda” super-tayfununun keçməsi nəticəsində 8 mindən çox insan həlak olmuş və ya itkin düşmüşdü. Habelə 1,1 milyon ev tamamilə dağılmış, 4 milyondan artıq sakin isə evsiz-eşiksiz qalmışdı.
 

Tags:  Flippində qasırğa təhlükəsi əlaqədar 700 mindən çox sakin təxliyə edilib


RƏYLƏR


Top news