Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Suriyada döyüşən azərbaycanlıya 15 bil həbs verildi

Suriyada döyüşən azərbaycanlıya 15 bil həbs verildi

Date: 14 December 2015 12:09

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən  Elşən Adilovun  cinayət  işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror Elşən Adilovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.


Tags:  Suriyada döyüşən azərbaycanlıya 15 bil həbs verildi

RƏYLƏR


Top news