Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauf Mirqədirovun məhkəmə istintaqı bitdi

Rauf Mirqədirovun məhkəmə istintaqı bitdi

Date: 14 December 2015 12:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam etdirilib. Proses qapalı keçirilib. Məhkəmə istintaqı bu gün yekunlaşıb.

Növbəti məhkəmə dekabrın 16-da olacaq. Həmin gün prokuror R.Mirqədirova cəza istəyəcək.

Rauf Mirqədirov keçən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.

Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.


Rauf Mirqədirov bəyanat verdi

Rauf Mirqədirov ermənilərlə iş birliyində günahlandırılıb

Rauf Mirqədirov MTN-nin təcridxanasına salındı (VİDEO)


Tags:  Rauf Mirqədirovun məhkəmə istintaqı bitdi


RƏYLƏR


Top news